"Fənərbaxça"nın sabiq baş məşqçisi Premyer Liqa yolunda
16.12.2024 - 16:20
"Vulverhempton" baş məşqçi postuna axtarışlarını yekunlaşdırmaq üzrədir.
Apasport.az xəbər verir ki, klub artıq bu barədə qərarını verib.
"Qurdlar" həmin vəzifəyə Vitor Pereyranı təyin etməyə yaxındır. Tərəflər arasında danışıqlar müsbət nəticələnib.
Keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" və "Olimpiakos" kimi komandaları çalışdırmış Pereyra hazırda "Əl-Şəbab"ın sükanı arxasındadır.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0