“Fənər”in futbolçusu zədələndi - 2 ay MEYDANDA OLMAYACAQ
17.12.2025 - 00:37
“Fənər”in futbolçusu zədələndi - 2 ay MEYDANDA OLMAYACAQ

"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in müdafiəçisi Arçi Braun sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu Super Liqanın XVI turu çərçivəsində "Konyaspor"la matçda zədələnib.

23 yaşlı sol cinah müdafiəçisinin sağ ayağının baş barmağında zədə aşkarlanıb. Oyunçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, Arçi bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.