“Fənər”in müdafiəçisi “Beşiktaş”la razılaşdı
27.06.2025 - 21:28

Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş”, "Fənərbaxça"dan ayrılması gündəmdə olan Bray Osayi-Samuel ilə razılıq əldə edib.
Apasport.az xəbər verir ki, nigeriyalı müdafiəçi “qara-qartallar”la 3 illik müqavilə imzalayacaq.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçu illik 1,9 milyon avro məvacib alacaq.
Qeyd edək ki, 27 yaşlı oyunçu 2021-ci ildən “Fənərbaxça”nın şərəfini qoruyurdu.
0
0