“Fənər”in qolkiperi zədələndi - BARMAĞI SINDI
02.10.2025 - 14:03
"Fənərbaxça"nın qolkiperi İrfan Can Eğribayat zədələnib.
Apasport.az xəbər verir ki, türkiyəli oyunçu ötən gün axşam keçirilən məşqdə sıradan çıxıb.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı qapıçının sağ ayaq barmağında sınıq aşkarlanıb.
Qeyd edək ki, İrfan Can Eğribayat bu mövsüm "Fənər"in heyətində 6 rəsmi matçda iştirak edib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0