“Fənər”in üzvü “Maribor”da - rəsmi
31.01.2025 - 19:50
Türkiyə Super Liqası komandalarından “Fənərbaxça”da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, “Maribor” Bartuğ Yılmazı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında Sloveniya təmsilçisinin şərəfini qoruyacaq.
Xatırladaq ki, futbolçu 2023-cü ildə Fransanın “Marsel” komandasından 1,40 milyon avroya transfer edilmişdi.
Qeyd edək ki, 21 yaşlı türkiyəli bu mövsüm “Fənər”in heyətində çıxış etdiyi 5 rəsmi matçda 1 qolla yadda qalıb.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0