FIFA Afrika Millətlər Kuboku üçün futbolçuların klublarından buraxılma tarixini təsdiqləyib.
Apasport.az xəbər verir ki, FIFA klubların Afrika Millətlər Kuboku (AFCON) üçün milli komandalarına dəvət alan futbolçuları ən gec 15 dekabr, bazar ertəsi gününə qədər buraxmalı olduğunu rəsmən açıqlayıb.
Qurum mümkün anlaşmazlıqların yaranacağı halda prosesə müdaxilə edəcəyini və klub–milli arasında bütün mübahisələri FIFA-nın özü vasitəçilik edərək həll edəcəyini bildirib.
Bu qərarla birlikdə, turnirdə iştirak edən futbolçuların mövsümün qızğın vaxtında komandalarından ayrılacağı artıq rəsmiləşib.
Qeyd edək ki, bir sıra Avropa klubları afrikalı futbolçuları milli düşərgədə zədələndiklərinə görə yığma komandalara göndərmək istəmirlər.