FIFA-dan transferlərlə bağlı yeni qərar
03.10.2024 - 19:25
FIFA-dan transferlərlə bağlı yeni qərar

FİFA yeni transfer pəncərəsi yaratmağı planlayır.

Apasport.az xəbər verir ki, qurum bunu gələn il keçiriləcək klublararası dünya çempionatı ərəfəsində reallaşdırmaq arzusundadır.

Klublara iyunun 1-10-da transfer həyata keçirmək imkanı yaradılacaq.

Təşkilatın məqsədi klubların çempionata yaxşı hazırlaşması və müqaviləsi bitəcək futbolçularla müqavilələrin yenilənməsimə şərait yaratmaq niyyətindədir.

Qeyd edək ki, klublararası mundial iyunun 15-dən iyulun 13-nə kimi davam edəcək. Yarışda 32 komanda mübarizə aparacaq.

0