“Fiorentina”nın Artur qərarı
25.12.2023 - 19:50
“Fiorentina” Artur Melonu transfer etməyə qərar verib.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi icarədə olan yarımmüdafiəçinin oyunundan razı qalıb.
Florensiya təmsilçisi “Yuventus”a məxsus futbolçunun icarə müqaviləsindəki satınalma bəndindən yararlanmağı planlaşdırır. 27 yaşlı braziliyalının özü də “bənövşəyilər”in heyətində qalmağın tərəfdarıdır.
Qeyd edək ki, Arturun Turin klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
0
0