Flik: “Barselona” Çempionlar Liqasını qazana bilər”
19.09.2024 - 15:35
Flik: “Barselona” Çempionlar Liqasını qazana bilər”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının UEFA Çempionlar Liqasının startındakı perspektivi ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı belə böyük klubun həmişə kuboklara kökləndiyini bildirib:

“Barselona” Çempionlar Liqasını qazana bilər. Belə böyük klub həmişə kuboklara köklənib və Çempionlar Liqası dünyanın ən yaxşı turniridir. Komandam ən yaxşılarla rəqabətə hazırdır”.

“Barselona” bu gün UEFA Çempionlar Liqasında səfərdə “Monako” ilə qarşılaşacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.

0