"Barselona"nın baş məşqçisi Hans Diter Flik klubdan ayrıldıqdan sonra karyerasını bitirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 60 yaşlı mütəxəssis uzun illər işləməyi planlaşdırmır.
Flik Kataloniya klubu ilə yollarını ayırdıqdan sonra karyerasını bitirmək ehtimalını da istisna etmir.
Qeyd edək ki, Flik 2024-cü ilin yayından Kataloniya nəhəngini çalışdırır.Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatacaq.
Daha əvvəl mətbuatda "Barselona" rəhbərliyinin alman çalışdırıcı ilə müqavilə yeniləmək istədiyi barədə məlumat yayılmışdı.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”