Frank Kessye A Seriyasına qayıda bilər
29.01.2026 - 00:46
Frank Kessye A Seriyasına qayıda bilər

“Əl-Əhli”nin yarımmüdafiəçisi Frank Kessye İtaliya A Seriyasına qayıda bilər.

Apasport.az xəbər verir ki, “İnter” Fil Dişi Sahili millisinin üzvünü heyətinə qatmaq niyyətindədir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Milan təmsilçisi Kessyeni yay transfer pəncərəsində azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. “Neradzurri” artıq 29 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Yarımmüdafiəçinin “Əl-Əhli” ilə müqaviləsinin bitməsinə 6 ay qalıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu Frank Kessyeni 2023-cü ilin yayında “Barselona”dan 12,5 milyon avroya transfer edib.