Frankovski rəsmən "Qalatasaray"da: Detallar açıqlandı
11.02.2025 - 14:36
Super Liqa təmsilçilərindən "Qalatasaray" heyətinə yeni oyunçu cəlb edib.
Apasport.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Fransa "Lans"ından Pzemislav Frankovski Türkiyə klubuna keçib.
"Qalatasaray" yeni transferi Pzemislav Frankovskinin müqavilə şərtlərini açıqlayıb. "Cimbom" "Lans"a icarə haqqı olaraq 1 milyon avro ödəyəcək. "Qalatasaray" müqavilədəki satınalma variantından istifadə edərsə, Fransa komandasına 7 milyon avro ödəyəcək.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm "Lans"da 21 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0