Fransalı futbolçu Braziliya klubunu tərk edib
10.06.2025 - 18:27
Fransalı yarımmüdafiəçi Dimitri Payet “Vasko de Qama”dan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Payet “Vasko de Qama”da 2023-cü ildən çıxış edirdi. O, komandada 77 oyunda 8 qol vurub, 16 məhsuldar ötürmə edib.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0