Fransalı futbolçu “Yuventus”da qalacaq
08.04.2025 - 17:54
Fransalı futbolçu “Yuventus”da qalacaq

İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" hazırda icarə əsasında komandada çıxış edən Pier Kalulunu birdəfəlik transfer edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.

"Qoca sinyora" futbolçunun çıxışından razıdır və klubu "Milan"la danışıqlara başlayıb.

Turin klubu 24 yaşlı müdafiəçi üçün 14 milyon avro ödəməyi planlaşdırır.

Qeyd edək ki, fransalı bu mövsüm "Yuventus"un heyətində 34 matça çıxıb və 1 qolla yadda qalıb.