Frenki de Yonq “Barselona” ilə yeni müqaviləyə razılıq verib
09.10.2025 - 13:27

Frenki de Yonq “Barselona” ilə yeni müqaviləyə razılıq verib.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Frenki de Yonq “Barselona” ilə yeni müqavilə barəsində şifahi razılığa gəlib. Razılaşmanın 2029-cu ilin iyununa qədər qüvvədə olacağı bildirilib.
Tərəflər bütün detallar üzərində anlaşmanı tamamlayıblar.
Qeyd edək ki, de Yonq 2019-cu ildən “Barselona”da çıxış edir.
0
0