Gürcü futbolçu La Liqada ən yaxşısı seçilib
28.02.2026 - 12:56
Gürcü futbolçu La Liqada ən yaxşısı seçilib

İspaniya La Liqasında fevral ayının ən yaxşı oyunçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada "Vilyarreal"ın hücumçusu Jorj Mikautadze layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Gürcüstan millisinin üzvü azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.

Qeyd edək ki, Jorj Mikautadze fevralda La Liqada meydana çıxdığı 4 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.