Haaland Premyer Liqa TARİXİNƏ DÜŞDÜ
15.03.2025 - 21:12
Haaland Premyer Liqa TARİXİNƏ DÜŞDÜ

İngiltərə Premyer Liqasının XXIX turu çərçivəsində "Mançester Siti" "Brayton"la qarşılaşıb.

Apasport.az xəbər verir ki, görüşdə (2:2) hesabı açan "şəhərlilər"in forvardı Erlinq Haaland Premyer Liqanın tarixinə düşüb.

O, 100 qol + məhsuldar ötürmə səddinə çatan ən tez futbolçu olub. Norveçli forvard 94-cü oyununda bu uğura imza atıb.

Xatırladaq ki, bu rekordun əvvəlki sahibi əfsanəvi ingiltərəli futbolçu Alan Şirer idi.