Haaland "Siti"dən ayrılmaq istəyir
08.04.2025 - 11:31
Norveçli mərkəz hücumçusu Erlinq Haaland "Mançester Siti"ni tərk etməyi düşünür.
Apasport.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Mənbənin sözlərinə görə, skandinaviyalı hücumçu komandasının 2024/2025 mövsümündəki nəticələrindən razı deyil.
"Bavariya" və PSJ ulduz futbolçunun transferində maraqlıdır.
Xatırladaq ki, Haaland topuğundakı zədə səbəbindən Premyer Liqanın cari mövsümünü erkən başa vurub.
Erlinq bu yaxınlarda "şəhərlilər"lə 2034-cü ilin ortalarına qədər yeni müqavilə imzalamışdı. Onun bazar dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.
- İngiltərənin üç klubu Arda ilə maraqlanır
- Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
0
0