Seneqal millisinin qapıçısı Mori Diaw Norveçlə oyun öncəsi Erlinq Haaland barədə danışıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı qolkiper rəqibin ulduz hücumçusuna xüsusi plan hazırlamağa ehtiyac olmadığını bildirib.
Diaw qeyd edib ki, Haaland komanda yoldaşları olmadan təkbaşına heç nə edə bilməz:
“Komanda yoldaşları olmadan Haaland təkbaşına heç nə edə bilməz. Buna görə də onun üçün xüsusi plan hazırlamağa ehtiyac yoxdur. Biz Norveçə hazırlaşmışıq. Onları gözləyirik”.
Qeyd edək ki, Seneqal DÇ-2026-nın I qrupunda ilk turda Fransaya 1:3 hesabı ilə məğlub olub.
Norveç isə İraqı 4:1 hesabı ilə üstələyib. Norveç - Seneqal görüşü iyunun 22-də keçiriləcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"