Haci İkardini təbrik edib: “Qalatasaray”ın əfsanəsinə çevrildin"
22.12.2025 - 14:18
Haci İkardini təbrik edib: “Qalatasaray”ın əfsanəsinə çevrildin"

Rumıniya futbolunun canlı əfsanəsi, “Qalatasaray”ın sabiq ulduzu Georgi Haci Mauro İkardiyə xüsusi təbrik mesajı ünvanlayıb.

Apasport.az xəbər verir ki, Haci şəxsi “facebook” hesabında paylaşdığı müraciətdə argentinalı hücumçunun “Qalatasaray” forması ilə göstərdiyi performansı yüksək qiymətləndirib.

Haci mesajında İkardinin "sarı-qırmızı" formada əldə etdiyi uğurların onun istedadını, əzmkarlığını və kluba olan bağlılığını açıq şəkildə nümayiş etdirdiyini bildirib. Rumıniyalı futbol əfsanəsi qeyd edib ki, İkardi artıq təkcə qol vuran futbolçu deyil, “Qalatasaray” tarixində iz qoyan simaya çevrilib.

“Qalatasaray” tarixinin bir parçasına xoş gəlmisən. Rəqəmlərdən də önəmlisi azarkeşlərin qəlbində buraxdığın izdir və sən bunu bacarmısan”.