Azərbaycanın FIBA dərəcəli hakimlərinə təyinat verilib.
Apasport.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Referilər iyul və avqust aylarında təşkil olunacaq yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatının oyunlarında Azərbaycanı təmsil edəcəklər.
Ali basketbol qurumu FIBA-nın ölkəmizdən seçdiyi 4 hakim - Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda fit sahibi olacaqlar.
Ələkbər Həsənov - Serbiya U-18 oğlanlar “A” divizionu (26 iyul-3 avqust) və Gürcüstan U-16 oğlanlar “A” divizionu (8-16 avqust)
Ruslan Xalıqov - Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Rumıniya U-16 qadınlar “A” divizionu (15-23 avqust), Albaniya U-16 oğlanlar “C” divizionu (5-13 iyul)
Urfan Bayramlı - Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Türkiyə U-20 qızlar “B” divizionu (20-29 avqust), Şimali Makedoniya U-16 oğlanlar “B” divizionu (7-16 avqust)
Anastasiya Slojenitsina - Litva U-18 qızlar “B” divizionu (4-13 iyul)
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”