Halanda cəza təhlükəsi
04.12.2023 - 15:56
Halanda cəza təhlükəsi

“Mançester Siti”nin futbolçusu Erlinq Haland cəzalandırıla bilər.

Apasport.az xəbər verir ki, onun “Tottenhem”lə oyunda hakimi tənqid etməsi İngiltərə Futbol Assosiasiyası tərəfindən intizam işi açılması ilə nəticələnib.

Norveçli hücumçu hakim Saymon Huperi tənqid edib. Matçın final fitindən sonra referi futbolçular tərəfindən mühasirəyə alınıb. Haland hakimlə mübahisə etdiyi üçün xəbərdarlıq alıb. O, oyundan sonra sosial şəbəkələrdə yazdığı “WTF” mesajı ilə də intizamı pozub.

Qeyd edək ki, Premyer Liqanın 14 turundan sonra “Mançester Siti” 30 xalla üçüncü pillədə qərarlaşıb. Eyni sayda matçdan sonra  27 xal yığan “Tottenhem” 5-ci yerdədir.
 

0