“Hall Siti”dən növbəti transfer – 18 yaşlı müdafiəçi
02.08.2026 - 20:31
İngiltərənin “Hall Siti” klubu Lukas Herrinqtonun transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Çempionşip təmsilçisi 18 yaşlı mərkəz müdafiəçisini MLS klubu “Kolorado Repids”dən heyətinə qatıb. Bu barədə “The Athletic” məlumat yayıb.
“Hall Siti” amerikalı futbolçu üçün 17 milyon dollar ödəyəcək. Müqavilədə əlavə 6 milyon dollar məbləğində bonuslar da nəzərdə tutulub.
Transferin ümumi dəyəri 23 milyon dollara çatacaq.
Qeyd edək ki, Lukas Herrinqton ABŞ-nin aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
0
0