Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat istefası barədə açıqlama verib.
Apasport.az xəbər verir ki, Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb.
O, bundan sonra klubun siyasətində olacağını deyib.
Hasan Arat bundan sonra “Beşiktaş Futbol” AŞ.-yə Hüseyin Yücel, Mete Vardar, Feyyaz Uçar və Onur Göçmezin rəhbərlik edəcəyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Hasan Aratın “Beşiktaş” Jimnastik Klubunun (BJK) prezidentliyindən istefa verdiyi barədə məlumat yayılmışdı.
***
16.22
Türkiyənin Super Liqa təmsilçilərindən "Beşiktaş" klubunun prezidenti Hasan Arat istefa verib.
Apasport.az xəbər verir ki, ilk ümumi yığıncağa qədər kluba Hüseyin Yücel rəhbərlik edəcək.
Qeyd edək ki, daha əvvəl "Beşiktaş"ın futbol üzrə koordinatoru Samet Aybaba, İdarə Heyətinin müşaviri Bredli Hovard Fridel və klubun mətbuat xidmətinin rəhbəri Okay Karacan vəzifəsindən ayrılmışdı.