"Globe Soccer Awards"ın 2025-ci ilin ən yaxşı klubu mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə "Globe Soccer Awards" sosial media hesabında paylaşım edib.
Mükafat uğrunda "Liverpul", PSJ, "Flamenqo", "Barselona" və "Çelsi" mübarizə aparacaq.
"Globe Soccer Awards" futbolda ən böyük nailiyyətləri qiymətləndirən illik mükafatlandırma mərasimidir. Müxtəlif kateqoriyalar üzrə qaliblər səsvermə yolu ilə müəyyən edilir.
Ötən il bu mükafatı "Real" qazanıb. 2024-cü ildə Madrid klubu İspaniya çempionatını və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ