İmmobile İtaliyaya qayıda bilər
19.04.2025 - 17:47
"Beşiktaş"ın mərkəz hücumçusu Çiro İmmobile Türkiyə Super Liqasını tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Onun sözlərinə görə, A Seriya klubları təcrübəli hücumçunun transferində maraqlıdır.
"Transfermarkt" 35 yaşlı forvardın bazar dəyərini 2,8 milyon avro olaraq qiymətləndirir.
İmmobile Super Liqanın cari mövsümündə 25 oyun keçirib. İtaliyalı futbolçu 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0