İngiltərə klubu sabiq “Fənərbaxça”lını istəyir
19.09.2024 - 01:23
İngiltərə klubu sabiq “Fənərbaxça”lını istəyir

"Fənərbaxça"dan ayrılan Joao Pedronun taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Futbolçu ilə "Hall Siti" yaxından maraqlanır. Klub azad agent statusunda olan forvardla danışıqlara başlayıb. Tərəflər arasında müzakirələr davam edir.

Qeyd edək ki, Pedro ötən mövsüm icarə əsasında Braziliyanın "Qremio" klubunda çıxış edib.

0