İngiltərə millisini o idarə edəcək
09.08.2024 - 17:44

Futbol üzrə İngiltərə millisinə müvəqqəti baş məşqçi təyin olunub.
Apasport.az xəbər verir ki, yığma komanda U-21-in baş məşqçisi Li Karsliyə həvalə edilib.
50 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında İngiltərəyə rəhbərlik edəcək.
Xatırladaq ki, Qaret Sautqeyt Avropa Çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra baş məşqçi postundan istefa vermişdi.
0
0