"Lester"in əfsanəsi komandadan ayrılır – 13 il sonra...
24.04.2025 - 16:00
İngiltərə Premyer Liqası təmsilçilərindən “Lester”in forvardı Ceymi Vardi yayda komandasını tərk edəcək.
Apasport.az xəbər verir ki, bu barədə “tülkülər”in mətbuat xidməti məlumat yayıb.
Komanda 38 yaşlı forvardla yeni müqavilə imzalamayacaq.
Vardinin "Lester"də qazandığı uğurlar
Xatırladaq ki, Vardi 2012-ci ildən etibarən “Lester”in şərəfini qoruyur. O, klubla birlikdə Premyer Liqa, Liqa kuboku və İngiltərə Super Kubokunu qazanıb.
Vardi "Lester" tarixində neçə qol vurub?
Qeyd edək ki, İngiltərə millisinin üzvü komandasının heyətində meydana çıxdığı 496 matçda 198 qol, 69 assistlə yadda qalıb.
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
- “Fənərbaxça” şikayət etmişdi: UEFA "Qalatasaray"ın oyununa göndərdi
- Qarnaçodan "Yunayted"liləri qıcıqlandıran açıqlama: "Doğru an və doğru klub..."
1
0