İngiltərə Premyer Liqası: “Liverpul” və "Çelsi"dən darmadağın
06.05.2024 - 09:17
İngiltərə Premyer Liqası: “Liverpul” və "Çelsi"dən darmadağın

Mayın 5-də İngiltərə Premyer Liqasında 36-cı turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, günün ən maraqlı görüşü “Liverpul” və “Tottenhem” arasında baş tutub. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında “Brayton” “Aston Villa”nı 1:0, “Çelsi” isə “Vest Hem”i 5:0 hesabları ilə məğlub edib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran “Liverpul” üçüncü pillədə qərarlaşıb. London təmsilçisi “Tottenhem” isə 60 xalla beşincidir. Turnir cədvəlinə isə 83 xalla “Arsenal” başçılıq edir.

0
İngiltərə Premyer Liqası Liverpul Tottenhem Çelsi Vest Hem