İngiltərədə ayın ən yaxşı baş məşqçisi açıqlanıb
04.04.2025 - 17:33
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, mükafata “Nottingem Forest”in sükanı arxasında əyləşən Nuno Espirito Santo layiq görülüb.
Komanda mart ayı ərzində oynadığı 2 matçıda (“Mançester Siti” və “İpsviç”) qələbə ilə başa vurub.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis bu mövsüm 3-cü dəfədir ki, bu mükafata sahib çıxır. O, daha əvvəl oktyabr və dekabr aylarında da ayın ən yaxşı baş məşqçisi adını qazanmışdı.
Qeyd edək ki, 51 yaşlı çalışdırıcı 2023-cü ildən bəri “Nottingem Forest”ə rəhbərlik edir.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0