İngiltərəli futbolçu Premyer Liqada klubunu dəyişə bilər
13.08.2025 - 16:15
"Aston Villa"nın futbolçusu Ceykob Remzi Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi "Nyukasl Yunayted"ə transfer olmağa çox yaxındır.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "sağsağanlar" 24 yaşlı oyunçu üçün 40 milyon avronu gözdən çıxarıb. "Aston Villa" bu təklifə müsbət yanaşır. Razılaşma əldə olunarsa, keçidin bu həftə ərzində baş tutacağı gözlənilir.
Qeyd edək ki, Ceykob Remzi "Aston Villa"nın yetirməsidir. O, indiyədək klubun heyətində 167 rəsmi matçda 17 qol vurub və 19 məhsuldar ötürmə edib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0