İngiltərəli vinger sıradan çıxdı - 3 ay oynamayacaq
21.01.2026 - 18:24
İngiltərəli vinger sıradan çıxdı - 3 ay oynamayacaq

İngiltərə Premyer Liqa təmsilçisi "Everton"un heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Cek Qriliş sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli vingerin ayaq sümüyü sınıb. 30 yaşlı futbolçu təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Everton" Cek Qrilişi mövsümün əvvəlində "Mançester Siti"dən icarəyə götürüb. İngiltərə millisinin üzvü "mavilər"in heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.