İngiltərəli yarımmüdafiəçi addım-addım "Everton"a
05.08.2025 - 14:25
"Çelsi" Kiernan Deusburi-Holla yollarını ayırmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, 26 yaşlı mərkəz yarımmüdafiəçisi "Everton"a transfer olunacaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, “zadəganlar” bu transferdən 29 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, "Çelsi" Deusburi-Hollu 2024-cü ildə "Lester"dən 30 milyon avroya transfer edib. İngiltərəli yarımmüdafiəçi ötən mövsüm komandasının heyətində meydana çıxdığı 36 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0