"İnter" 2 futbolçunu heyətinə qatacağını açıqladı
23.04.2024 - 13:32
"İnter" 2 futbolçunu heyətinə qatacağını açıqladı

"İnter" mövsümlərarası fasilədə 2 futbolçunu heyətinə qatacaq.

Apasport.az xəbər verir ki, bu barədə klubun idman direktoru Piero Ausilio məlumat yayıb:

“Biz demək olar ki, 2 transferi tamamladıq. Mehdi Taremi “Porto”dan, Zelinski isə “Napoli”dən bizə qoşulacaq”.
 
Qeyd edək ki, bu mövsüm Taremi "Porto"nun heyətində 30 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. 29 yaşlı Pyotr Zelinski isə cari İtaliya A Seriyasında 35 matçda 4 qol, 3 asistlə yadda qalıb. 

0