“İnter” braziliyalı müdafiəçi ilə yeni müqavilə imzalayacaq
07.11.2025 - 15:15
“İnter” müdafiəçisi Karlos Auqustonun müqaviləsinin müddətini uzatmaq üzrədir.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun hazırkı sözləşməsinin müddəti 2028-ci ilə qədər qüvvədə olsa da, yeni anlaşma 2030-cu ilə kimi nəzərdə tutulacaq. Müdafiəçi yeni müqavilə ilə yanaşı, maaş artımı da alacaq.
26 yaşlı futbolçu cari mövsümdə milanlıların heyətində 12 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
“İnter” A Seriyasının 11-ci turunda, noyabrın 9-da “Latsio”nu qəbul edəcək.
0
0