“İnter” müdafiəçisinin dönüş tarixi dəqiqləşib
28.01.2026 - 17:11
“İnter” müdafiəçisinin dönüş tarixi dəqiqləşib

“İnter”in zədəli müdafiəçisi Denzel Dumfris yaxın iki həftə ərzində ümumi məşqlərə qoşulacaq.

Apasport.az xəbər verir ki, niderlandlı futbolçu fevralın 22-də “Leççe” ilə matça qədər komandaya tam qoşula bilər.

Onun fevralın 15-də “Yuventus”la oyuna dəvət olunma ehtimalı olsa da, meydana çıxması hələlik gözlənilmir.

28 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 15 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun komandası bu gün UEFA Çempionlar Liqasının 8-ci tur matçında Dortmund “Borussiya”sını qəbul edəcək.