“İnter”də ciddi itki
11.02.2025 - 14:18
“İnter”də ciddi itki

İtaliya A Seriya təmsilçilərindən “İnter” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “neradzurra”nın hücumçusu Markus Türam zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu İtaliya çempionatının XXIV turunun “Fiorentina” ilə matçında xəsarət alıb.

Türamın son durumu tibbi müayinədən sonra bilinəcək.

27 yaşlı hücumçu bu mövsüm 21 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə edib.