“İnter”in heyətində ciddi itki
13.01.2026 - 20:57
“İnter”in heyətində ciddi itki yaşanıb.
Apasport.az xəbər verir ki, Milan təmsilçisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Napoli” ilə keçirilən oyunda (2:2) zədələnən 31 yaşlı türkiyəli futbolçunun sol baldır nahiyəsində zorlanma aşkar edildiyi bildirilib. Onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm “İnter”in heyətində keçirdiyi 22 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0