"İnter"in hücumçusu “Atletiko” yolunda
30.05.2025 - 14:18
"İnter"in hücumçusu “Atletiko” yolunda

Lautaro Martinez “Atletiko”da Antuan Qrizmannı əvəz edə bilər.

Apasport.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi klubu tərk edə biləcək Qrizmanna əvəzləyici axtarır.

34 yaşlı fransız “Los-Anceles”lə danışıqlar aparır. "Atletiko" fransızın yerinə "İnter"in hücumçusu Lautaro Martinesi transfer etməyi planlaşdırır.

Potensial sövdələşmənin təfərrüatları açıqlanmayıb.

Ötən mövsüm Martinez "İnter"in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 7 məhsuldar ötürmə edib.