“İnter”in müdafiəçisi “Əl-Hilal” yolunda
21.01.2026 - 16:15
“İnter” və Niderland millisinin müdafiəçisi Stefan De Vray karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Apasport.az “Tuttomercato”ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Əl-Hilal”a transfer olmağa hazırlaşır.
Ərəblər niderlandlının keçidini bu qış reallaşdırmaq istəyir. Ən pis halda isə De Vrayın transferi mövsümün sonunda baş tutacaq.
2018-ci ildə “Latsio”dan “İnter”ə keçmiş təcrübəli futbolçunun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
O, “Feyenoord”un yetirməsi və sabiq futbolçusudur.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0