“İnter”in üzvü “Vilyarreal”da
29.01.2025 - 19:26
İspaniya La Liqası komandalarından “Vilyarreal” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub A Seriyası təmsilçilərindən “İnter”də çıxış edən Taxon Buçananı transfer edib.
Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, futbolçu mövsümün ikinci yarısını icarə əsasında İspaniya təmsilçisinin heyətində keçirəcək.
Xatırladaq ki, kanadalı yarımmüdafiəçi ötən il Belçikanın “Brügge” klubundan 7,30 milyon avroya transfer edilmişdi.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm “İnter”in heyətində 7 rəsmi görüşdə iştirak edib.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0