İnzagi "İnter"də qalacaq
29.03.2024 - 00:30
İnzagi "İnter"də qalacaq

“İnter” baş məşqçi Simone İnzagi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayacaq.

İtaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi razılaşma əldə olunub. Yeni sözləşmənin şərtlərinə görə, İnzaginin məvacibi 5,5 milyon avrodan 6,5 avroya yüksələcək. “İnter” İtaliya çempionu olduqdan sonra razılaşma rəsmiləşəcək. Komanda 29 turdan sonra A Seriyasında liderdir və ən yaxın izləyicisini "Milan"ı 12 xal qabaqlayır.

Qeyd edək ki, İnzagi 2021-ci ildən “İnter”ə rəhbərlik edir.

0