İordaniya da vidalaşdı - DÇ-2026-dan gedənlərin sayı 4-ə çatdı
23.06.2026 - 10:05
İordaniya da vidalaşdı - DÇ-2026-dan gedənlərin sayı 4-ə çatdı

İordaniya millisi DÇ-2026 ilə vidalaşıb.

Apasport.az xəbər verir ki, Əlcəzairə 1:2 hesabı ilə məğlub olan Asiya təmsilçisi qrupdan çıxmaq şansını rəsmən itirib.

Beləliklə, dünya çempionatında mübarizəni davam etdirə bilməyəcəyi dəqiqləşən komandaların sayı 4-ə yüksəlib.

Hazırda turnirlə vidalaşan yığmalar Haiti, Türkiyə, Tunis və İordaniya milliləridir. 

Qeyd edək ki, İordaniya mundiala Avstriyaya 1:3 hesablı məğlubiyyətlə başlamışdı. Komanda J qrupundakı son oyununu Argentina millisinə qarşı keçirəcək.