İsak rəsmən “Liverpul”da
02.09.2025 - 00:56
Premyer Liqa təmsilçisi "Liverpul" "Nyukasl"dan Aleksandr İsakı heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu keçid Britaniya futbolu tarixinə ən bahalı transfer kimi düşüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, mersisaydlılar bu transferə görə "sağsağanlar"a 130 milyon funt-sterlinq ödəyəcək.
İsveçli futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Liverpul" daha öncə Florian Virtsi heyətinə qataraq "Çelsi"nin transfer rekordunu yeniləmişdi.
- “Yuventus” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir
- “Beşiktaş”ın sabiq baş məşqçisi Fransa klubuna keçir
- "Barselona" "Mançester Siti"nin müdafiəçisini transfer etmək istəyir
- Türkiyə - Belçika matçı bu kanalda - TV AFİŞA
- “Qalatasaray”ın vitse-prezidenti: “Osimhenin zədəsi xroniki xarakter daşıyır”
0
0