İspaniya klubunda yeni baş məşqçi
20.03.2024 - 14:45
İspaniya klubunda yeni baş məşqçi

“Qranada” yeni baş məşqçi təyinatını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komanda Xose Ramon Sandovala tapşırılıb. 55 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Xose Ramon Sandovala bu vəzifədə ötən gün istefaya göndərilən Aleksandr Medinanı əvəzləyib.

Sandoval 2015/2016 mövsümündə də “Qranada”nın baş məşqçisi olub.

Xatırladaq ki, “Qranada” hazırda La Liqanın turnir cədvəlində 14 xalla 19-cudur.

0