İspaniya millisinin üzvü addım-addım “Arsenal”a
19.06.2025 - 18:34
İspaniya millisinin üzvü addım-addım “Arsenal”a

İspaniya millisinin və "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Arsenal" yarımmüdafiəçi ilə danışıqlar aparıb və transferlə bağlı razılıq əldə edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Topçular" transferi 60 milyon avrodan bir qədər yüksək qiymətlə bitirəcək.

Qeyd edək ki, daha əvvəl mətbuatda Zubimendi ilə "Real Madrid" və "Mançester Siti"nin də maraqlandığı bildirilirdi.

Bu mövsüm yarımmüdafiəçi "Real Sosyedad"ın heyətində 44 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.