İspaniya millisinin vingeri London klubunda - Rəsmi
28.01.2026 - 15:35
İspaniya millisinin vingeri London klubunda - Rəsmi

İngiltərənin “Vest Hem” klubu İspaniya millisinin vingeri Adama Traorenin transferini rəsmən elan edib.

Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi “Fulhem”dən London klubunun heyətinə qoşulub.

Transferin maliyyə detalları açıqlanmayıb. 

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Traore 2015-ci ildən Premyer Liqada “Aston Villa”, “Midlsbro”, “Vulverhempton” və “Fulhem” formaları ilə 262 oyuna çıxıb. O, bu qarşılaşmalarda 14 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.