İsveç millisi və “Volfsburq”un yarımmüdafiəçisi Mattias Svanberq karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Qalatasaray” klubu yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, İstanbul təmsilçisi artıq oyunçu ilə şəxsi müqavilə şərtlərində razılıq əldə edib. Hazırda klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Mattias Svanberq bu mövsüm “Volfsburq”un heyətində 18 rəsmi matçda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir