İsveçrəli müdafiəçi "Milan"da - RƏSMİ
15.08.2025 - 11:16
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Milan" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, rossonyerilər "Yanq Boys" forması geyinən Zaxari Atekamenin keçidi rəsmiləşdirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 24 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Milan" isveçrəli futbolçu üçün qarşı tərəfə 10 milyon avro ödəyib.
Qeyd edək ki, Zaxari ötən mövsüm "Yanq Boys"un heyətində 30 rəsmi matçda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- DÇ-2026 - 1/8 final cütü: Argentina - Misir
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
0
0